Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Dini ekstremizmə qarşı mübarizədə hüquqi maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib

12 iyun 2019 | 16:00

Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında  Dini İşlər üzrə Komissiya  2019-cu il İş və tədbirlər planına əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsi və Nizami Rayon Prokurorluğu ilə birgə 12 iyun 2019-cu il tarixində 12 №-li tam orta məktəbdə 12, 32, 61,109, 210, 238, 242 və 272 №-li tam orta məktəblərin uşaq birliyi rəhbərlərinin, psixoloqların, valideyn icmaları nümayəndələrinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Dini ekstremizmə qarşı  mübarizədə hüquqi maarifləndirmənin rolu” mövzusunda növbəti tədbir keçirib.

Tədbiri giriş sözü ilə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov açaraq bildirib ki, yeniyetmə - gənclərin hüquqi maarifləndirilməsi dini radikalizm meyillərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə yerlərdə, xüsusilə də ümumtəhsil məktəblərində gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsi çox önəmlidir.

Nizami rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Səadət Rüstəmova çıxış edərək qeyd edib ki, dini radikalizmlə mübarizə sahəsində Azərbaycanda hazırda yetərincə qanunvericilik bazası vardır. Lakin təəssüflə bildirmək lazımdır ki, bu qanunvericilik bazasından lazımınca istifadə olunmur, əksər hallarda isə tədbirlərdə qanunlar iştirakçılara çatdırılmır, izah edilmir.

Səadət Rüstəmova “Dini etiqad azadlığı” və “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunları barədə tədbir iştirakçılarına geniş məlumatlar verib, həmçinin bununla bağlı verilən sualları cavablandırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı şəhər şöbəsinin əməkdaşı Nuru İmanov çıxışında vurğulayıb ki, dini radikalizmlə mübarizədə maarifləndirmə tədbirlərinə geniş yer verilməlidir. Bu sahədə hüquqi maarifləndirmə daha səmərəlidir və mütəmadi olaraq tədris müəssisələrində görüşlər, dəyirmi masalar və toplantılar təşkil olunmalı, müvafiq izahat işləri aparılmalıdır.

  

Keçidlər