Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində olub
19 iyun 2019-cu il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində olub.
Bildirilib ki, 1960-cı illərin əvvəllərindən fəaliyyət göstərən internat məktəbi eşitmə qüsurlu uşaqlar üçün nəzərdə tutulub. Buradakı 649 uşaqdan 226-sı internat məktəbində yaşayır. Azərbaycan və rus bölmələrinin olduğu internat məktəbində 87 sinif var. Artıq 4 ildir ki, internat məktəbində implant siniflər də fəaliyyət göstərir. Həmin siniflərdəki uşaqlara implant əməliyyatından sonra xüsusi proqram üzrə dərs keçirilir. Təhsil müəssisəsində uşaqlar öz istəklərinə uyğun olaraq rəsm, toxuculuq, muncuqla iş, xalçaçılıq, idman dərnəklərində məşğul ola bilərlər. İnternat məktəbinin məzunları arasında idmançılar, rəssamlar var.
Leyla Əliyeva məktəbdə uşaqlarla söhbət edib, onların əl işlərinə baxıb, fəaliyyət göstərən dərnəklərlə maraqlanıb.
İnternat məktəbinin sakinləri Heydər Əliyev Fondunun vitse-prezidentinə öz bacarıqlarını nümayiş etdiriblər.
Məktəbə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.
https://heydar-aliyev-foundation.org/az/content/view/59/4888/Heyd%C9%99r-%C6%8Fliyev-Fondunun-vitse-prezidenti-Leyla-%C6%8Fliyeva-paytaxt%C4%B1n-4-v%C9%99-3-n%C3%B6mr%C9%99li-internat-m%C9%99kt%C9%99bl%C9%99rind%C9%99-olub?fbclid=IwAR2dUSfhEuy5JTQY0J5gfUx1QimdoG1cqgOer3TQqU14P6OZ0LMkYrTDurQ