Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib

29 iyul 2019 | 16:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq 29 iyul 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 70 №-li məktəb-liseydə növbəti səyyar qəbul keçirib.

Səyyar qəbul 3 №-li  sahə inzibati ərazi dairəsi üzrə C.Naxçıvanski küçəsi 10, 12, 14, 16 ünvanlarda yaşayan sakinlərlə keçirilib.

Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Qəbulda sakinlər kanalizasiya sisteminin təmiri, məhəllədə ağacların budanması, su kranının qoyulması, söhbətgahlardakı oturacaqların təmiri, küçə işıqlarının bərpası,  və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.

Rayon sakinlərinin arzu və təklifləri, müraciət və şikayətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bəziləri yerində həll edilib, araşdırılmasına ehtiyac olan digərlərinin qanunvericiliyə uyğun və operativ həlli üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verilib.

Keçidlər