Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib
31 iyul 2019-cu il tarixində 4 №-li Bakı peşə liseyində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən İ.Məmmədov küçəsi 21, B.Nuriyev küçəsi 46, 46a, E.Süleymanov küçəsi 148 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov dövlət başçısı cənab İlham Əliyevin tapşırığı ilə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə mütəmadi olaraq səyyar qəbulların keçirildiyini diqqətə çatdırıb.
Qəbulda sakinlərin səsləndirdikləri müraciətlər, təklif və rəylər rayon rəhbəri tərəfindən dinlənilib, onlara müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilərək nəzarətə götürülüb.
Sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.