Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib
Əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq 29 avqust 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov R.Rüstəmov küçəsi 29 ünvanında növbəti səyyar qəbul keçirib.
Səyyar qəbul 2 №-li sahə inzibati ərazi dairəsi üzrə R.Rüstəmov küçəsi 27, 29, 25/63, K.Balakişiyev küçəsi 59 və Q.Qarayev prospekti 68 saylı ünvanlarda yaşayan sakinlərlə keçirilib.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 2 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Görüşdə rayon sakinlərinin rəy və təklifləri, müraciət və şikayətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşlara müvafiq izahatlar verilib.
Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.