Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda yeni dərs ilinin başlaması ilə əlaqədar aztəminatlı ailələrlə görüş keçirilib

12 sentyabr 2019 | 16:00

12 sentyabr 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Nizami rayon təşkilatında yeni dərs ilinin başlaması ilə əlaqədar aztəminatlı ailələrlə görüş keçirilib.

İlk öncə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova qarşıdan gələn Bilik günü münasibətilə valideynləri və şagirdləri təbrik edib.

Sonra G.İsrafilova, bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təqdim etdiyi iki sosial paketlə ölkədə minimum əməkhaqlarının iki dəfəyə yaxın, eyni zamanda sosial müavinət və təqaüdlərin orta hesabla yüz faiz, bundan əlavə dövlət sektorunda işləyənlərin əməkhaqlarının, məcburi köçkünlərin, tələbələrin təqaüdlərinin, pensiyaların əhəmiyyətli şəkildə artırıldığını, 800 min vətəndaşın problemli kreditlərlə bağlı narahatlığına son qoyularaq dövlətin bu maliyyə yükünü öz üzərinə götürdüyünü, ümumilikdə, 4,2 milyon ölkə vətəndaşının bu iki sosial paketdən yararlandığını və  respublikada sosial inkişafa təkan verən bu inqilabi islahatlar paketinin hazırlanması prosesində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da fəal iştirak edərək, islahatların reallaşdırılmasında öz mühüm dəstəyini göstərdiyini və ölkə başçısı tərəfindən əhalinin rifahı, firavanlığı naminə aparılan bu kimi islahatlar sayəsində dövlətimizin güclü sosial siyasətə malik bir ölkəyə çevriləcəyini diqqətə çatdırıb.

Valideynlər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, eyni zamanda, Rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda Rayon İcra Hakimiyyəti tərəfindən bu ilki tədris ilində uşaqları məktəbə gedəcək aztəminatlı ailələrə məktəb çantası və ləvazimatları hədiyyə olunub, maddi köməklik göstərilib.

 

 

Keçidlər