Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib
Rayon sakinlərinin qarşılaşdığı problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli, onların təklif və rəylərinin dinlənilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən sakinlərin mütəmadi səyyar qəbulları keçirilir və müvafiq tədbirlər görülür.
18 sentyabr 2019-cu il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən Ə.Vəliyev küçəsi 6, 8, Özbəkistan küçəsi 6, 8 ünvanlarında yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.
Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov sakinlərin təklif və rəylərini dinləyib, müvafiq izahatlar verib, eyni zamanda, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib.
Rayon sakinləri ölkəmizdə, eləcə də rayon ərazisində gedən genişmiqyaslı abadlıq və quruculuq işlərini, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.