Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda narkomanlığa qarşı mübarizə çərçivəsində tədbir keçirilib

20 sentyabr 2019 | 16:00

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Nizami rayon komissiyası 2019-cu ilin iş planına uyğun olaraq Rayon Polis İdarəsi ilə birgə sentyabr ayının 20-də 238 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda növbəti maarifləndirici tədbir keçirib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov, Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi, polis kapitanı Natiq Yusifov, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis mayoru Fərid Tağıyev, 25-ci Polis şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin inspektoru, polis kapitanı Günay Qurbanova və 238 №-li məktəbin direktoru Xuraman Osmanova çıxış edərək insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən və bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində geniş məlumatlar veriblər, gənclərə sağlam  həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildiriblər və hər bir yeniyetmə-gənci bütün əqidəsi və iradəsi ilə narkomaniyaya yox deməyə çağırıblar. Çıxışlarda, xüsusilə o da vurğulanıb ki, yeniyetmə-gənclərin zərərli vərdişlərdən uzaq olmaları üçün davamlı olaraq yerlərdə maarifləndirici tədbirlərə geniş yer verilməli və bu cür tədbirlərin intensivliyi artırılmalıdır.

Tədbirdə, həmçinin şagirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.

Tədbirin sonunda narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən  video-çarx nümayiş etdirilib.

 

 

Keçidlər