Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib
25 sentyabr 2019-cu il tarixində 129 №-li tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən Babək prospekti 99, 101, İ.Məmmədov küçəsi 3, 2/4 və E.Süleymanov küçəsi 162a ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının və 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Sakinləri salamlayan Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Prezident İlham Əliyevin tapşırığı ilə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə mütəmadi olaraq səyyar qəbulların keçirildiyini diqqətə çatdırıb, rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb.
Səyyar qəbulda sakinlər tərəfindən səsləndirilən problemlər dinlənilib, onlara müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Sonda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq mütəmadi olaraq yerlərdə səyyar qəbul və görüşlər keçirildiyini bildirib və belə görüşlərin təşkilində məqsədin əhalini narahat edən problemlərin yerindəcə öyrənilməsi və operativ həll edilməsi olduğunu diqqətə çatdırıb.