Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Məktəbəqədər təhsil müəssisələrində sanitariya-gigiyena qaydaları” mövzusunda seminar-müşavirə keçirilib

27 sentyabr 2019 | 16:00

27 sentyabr 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin birgə təşkilatçılığı ilə 229 nömrəli tam orta məktəbdə rayonun məktəbəqədər təhsil müəssisələrinin rəhbər və tibb heyəti işçiləri, uşaq poliklinikalarının baş həkimlərinin iştirakı ilə seminar-müşavirə keçirilib.

 Seminar-müşavirədə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova uşaqların sağlamlığının mühafizəsinə yönəldilmiş tibbi sanitariya xidmətinin və rasional qidalanmasının təşkili, uşaqlar arasında su ilə bağlı gigiyenik biliklərin artırılması, sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliğinə dair maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb.

Sonra çıxış edən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Uşaq və Yeniyetmələrin Gigiyenası bölməsinin müdiri İqbal Səfərova uşaqların profilaktik müayinələrinin yaxşılaşdırılması və dərin tibbi müayinələrinin keyfiyyətli təşkili, uşaqların sağlam həyat tərzi və fiziki aktivlik sahəsində görüləcək tədbirlər barədə danışıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Uşaq və Yeniyetmələrin Gigiyenası bölməsinin aparıcı mütəxəssisi Narınc Orucova çıxış edərək, uşaqların qidalanmasının düzgün təşkili, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi,  məktəbəqədər uşaq müəssisələrində çalışan işçilər və uşaqların valideynləri arasında alkoqolizm, tütünçəkmənin zərərləri barədə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra, çıxış edən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Uşaq və Yeniyetmələrin Gigiyenası bölməsinin həkim-gigiyenisti Mehriban Eminova məktəbəqədər təhsil müəssisələrində sanitariya-gigiyena qaydalarının və əksepidemik  rejimin gözlənilməsindən,  məktəbəqədər uşaq müəssisələrində 100% təhlükəsiz, keyfiyyətli su təminatının təşkili işindən söz açıb.

Nizami Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin Uşaq və Yeniyetmələr bölməsinin müdiri Əfrus Əsgərova çıxış edərək, sanitariya-gigiyena qaydaları üzrə uşaq müəssisələrində tələb olunan sənədlər və dezinfeksiya işlərinin aparılması qaydaları barədə məlumat verib.

Çıxışlardan sonra seminar iştirakçılarının sualları cavablandırılıb.

 

Keçidlər