Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda narkomanlığa qarşı mübarizə çərçivəsində tədbir keçirilib

04 oktyabr 2019 | 16:00

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Nizami rayon komissiyasının 2019-cu il iş planına uyğun olaraq Rayon Polis İdarəsi ilə birgə oktyabr ayının 4-də 70 №-li məktəb-liseydə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Zərərli vərdişlər və onların törətdiyi fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov, Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi, polis kapitanı Natiq Yusifov, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik leytenantı Məryəm Ömərova, məktəb-liseyin direktoru Ülviyyə İsmayılova çıxış edərək sağlam həyat tərzinın formalaşdırılması ilə bağlı şagirdlərə maarifləndirici tövsiyələrini veriblər, zərərli vərdişlər, onların törətdiyi fəsadlar haqqında tədbir iştirakçılarını məlumatlandırıblar.

Tədbirdə qeyd olunub ki, gənc nəslin sağlam ruhda böyüməsi, zərərli vərdişlərdən birdəfəlik uzaq olması istiqamətində hər birimiz əməli fəaliyyət göstərməli, bu sahədə təbliğat işlərini daha da gücləndirməli, yerlərdə mütəmadi görüşlər keçirməliyik. Çünki bizlər gələcəyimizi yalnız sağlam ruhda böyüyən gənclərə etibar etməliyik.

Tədbirdə həmçinin şagirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.

 

Keçidlər