Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib
09 oktyabr 2019-cu il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən 250 №-li tam orta məktəbdə B.Nuriyev küçəsi 37, 55, 49 və Q.Qarayev prospekti 57, 59 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 2 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Qəbulda sakinlər binaların zirzəmilərdən suyun çəkilməsi, həyətlərin abadlaşdırılması, söhbətgahların qış mövsümünə uyğunlaşdırılması, mənzil növbəsinə qəbul və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.
Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər rayon rəhbəri tərəfindən dinlənilərək sakinlərə müvafiq izahatlar verilib, mövcud problemlərin həlli üçün əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.