Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda narkomanlığa qarşı mübarizə çərçivəsində tədbir keçirilib

14 oktyabr 2019 | 16:00

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Nizami rayon komissiyasının 2019-cu il iş planına uyğun olaraq Rayon Polis İdarəsi ilə birgə oktyabr ayının 14-də 62 №-li məktəb-liseydə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Yeniyetmə-gəncləri zərərli vərdişlərdən qoruyaq!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə idarəsinin əməliyyatçısı, polis polkovnik-leytenantı Şirəli Babayev, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova, məktəb-liseyin direktoru Mətanət Cabbarlı çıxış edərək zərərli vərdişlər və onların törətdiyi fəsadlar haqqında tədbir iştirakçılarına məlumatlar veriblər, şagirdlərə zərərli vərdişlərdən qorunma istiqamətində tövsiyələrini çatdırıblar.

Tədbirdə qeyd olunub ki, gələcəyimiz naminə yeniyetmə-gənclərin sağlam ruhda böyümələri əsas və ən ümdə vəzifələrdən biridir. Məhz bu məqsədlə də yerlərdə, xüsusilə də tədris müəssisələrində maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti vardır.

Tədbirdə həmçinin şagirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.

Keçidlər