Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib

13 noyabr 2019 | 16:00

13 noyabr 2019-cu il tarixində 220 №-li  tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun Naxçıvanski küçəsi 57, 57a, 65, 65a, 75, 79 saylı binaların sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

Səyyar qəbul-görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 2 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Səyyar qəbulda çıxış edən sakinlərin binaların zirzəmilərindən suyun çəkilməsi, həyətlərin abadlaşdırılması, kanalizasiya sisteminin təmizlənməsi kimi məsələlərlə bağlı problemləri dinlənilib, müraciətləri nəzarətə götürülərək, aidiyyəti təşkilatlara həll edilməsi üçün konkret tapşırıqlar verilib.

Keçidlər