Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətində “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilmişdir.

20 noyabr 2013 | 16:00

19 noyabr 2013-cü il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilmişdir.
Konfransı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq, kütləvi informasiya vasitələri ilə rayon icra hakimiyyətləri arasında yaranmış əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd etdi.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış edərək, bu kimi konfransların keçirilməsində əsas məqsədin kütləvi informasiya vasitələri ilə icra hakimiyyəti orqanları arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi olduğunu diqqətə çatdıraraq, media rəhbərləri və təmsilçilərini tədbir iştirakçılarına təqdim etdi.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mətbuatının tarixindən və son dövrdə keçdiyi inkişaf yolundan söz açaraq, respublikada mətbuatın inkişafı istiqamətində dövlət tərəfindən də zəruri işlərin görüldüyünü vurğuladı.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Nizami rayonu haqqında kütləvi informasiya vasitələrinə məlumat verərək, son beş ildə rayonun sosial-iqtisadi inkişafından, qaz, su, istilik, elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən və aparılan abadlıq və quruculuqdan söz açdı. Həmçinin Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı və 2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarına uyğun olaraq rayon ərazisində xeyli işlər görüldüyünü diqqətə çatdırdı. Bundan əlavə, rayon əhalisini narahat edən mövcud problemlərin aradan qaldırılması məqsədilə yeni hazırlanacaq “Azərbaycan Respublikası regionlarının 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na daxil edilməsi üçün müvafiq təkliflərin verildiyini bildirdi.
Konfransın sonunda "Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan olundu. Müsabiqənin keçirilməsində məqsədin Nizami rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasından və peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdan ibarət olduğu diqqətə çatdırıldı.

Keçidlər