Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirilib

21 noyabr 2019 | 16:00

21 noyabr 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyəti FHN Bakı Regional Mərkəzi ilə birgə “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirib.

Müşavirədə FHN Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğın Nəzarəti və FHN Dövlət Yanğından Mühafizə Xidmətlərinin nümayəndələri, rayon icra hakimiyyəti və özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat və xidmət sahələrinin, səhiyyə və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.  

Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Qərib Məmmədov payız-qış mövsümünün başladınğını, rayon sakinlərinin işıq və qazdan daha çox istifadə etdiklərini, yanğınların başvermə ehtimalının, dəm qazından boğulma və zəhərlənmə kimi xoşagəlməz hadisələrin qaçılmaz olduğunu qeyd edərək, yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsinin və müvafiq maarifləndirmə işlərinin təşkilinin vacibliyini diqqətə çatdırıb.

Sonra Bakı Regional Mərkəzinin Nizami Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Cavid Quliyev “Rayon üzrə Mülki Müdafiənin vəziyyəti”, Bakı Regional Mərkəzinin Əhalinin və ərazilərin mühəndis mühafizəsi şöbəsinin rəisi kapitan Tural Rəhimli “Rayonda mühəndis mühafizəsinin mövcud vəziyyəti”, Bakı Regional Mərkəzinin Əhali və ərazilərin radiasiya, kimya və tibbi bioloji mühafizəsi şöbəsinin rəisi polkovnik-leytenant Fuad Abdurəşidov “Rayonda kimyəvi mühafizənin mövcud vəziyyəti”, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin nümayəndəsi Nizami Fərəcov “Bakı şəhərində 2018-2019-cu illərin müvafiq dövründə yanğın hadisələrinə dair statistik məlumatlar, yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların oradan qaldırılması yolları”, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Bayram Bayramov “Yanğın təhlükəsizliyi ilə bağlı görülən işlər və mövcud problemlər”, Köməkçi Yardım Stansiyasının 6 saylı bölməsinin müdiri Almaz Zülfüqarova “Yanğın zamanı ilkin tibbi yardım” (2018-2019-cu illər üzrə statistik məlumatlar) mövzularında çıxış ediblər.

Çıxışlarda yanğınların başvermə səbəbləri, onların yaratdığı təhlükələr barədə danışılıb, tövsiyələr verilib, məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunub və tədbir iştirakçıları tərəfindən verilən çoxsaylı suallar cavablandırılıb.

Müşavirənin sonunda çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov və Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov  yığıncaqda verilən tövsiyələrin icrasının təmin edilməsi məqsədilə ciddi tədbirlərin görülməsinin və nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayaraq, müvafiq qurumların rəhbərlərinə aidiyyəti üzrə tapşırıqlar veriblər.

 

 

Keçidlər