Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib

27 noyabr 2019 | 16:00

27 noyabr 2019-cu il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən 109 №-li  tam orta məktəbdə Naxçıvanski  küçəsi 3, 5, 9, 11, K.Balakişiyev küçəsi 46a, 46, M.Abbasov küçəsi 41, 43 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 3 №-li  sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Vətəndaşların müraciətləri əsasən məhəllədəki ağacların budanması, dam örtüklərinin və kanalizasiya sisteminin təmiri, küçə işıqlarının bərpası, məhəllədaxili yolların asfaltlanması və s. məsələlərlə bağlı olub.

Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər rayon rəhbəri tərəfindən dinlənilərək sakinlərə müvafiq izahatlar verilib, mövcud problemlərin həlli üçün əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

 

Keçidlər