Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə əlil ailələrinə sovqatlar paylanılıb

03 dekabr 2019 | 16:00

03 dekabr 2019-cu il tarixində “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə könüllülərlə birgə rayon ərazisində yaşayan müxtəlif kateqoriyalı əlil ailələrinə baş çəkilib.

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov və baş məsləhətçisi Rauf Mehtiyev, Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətinə qoşulan gənclər əlil ailələrinin evində olublar, əlil ailələrinin problemləri dinlənilib, onlara Nizami Rayon İcra Hakimiyyətinin hədiyyə və yardım sovqatları təqdim edilib.

Keçidlər