Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə tədbirlər keçirilmişdir.

04 dekabr 2013 | 16:00

03 dekabr 2013-cü il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Əlillər Günü münasibətilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində əlil uşaqlar üçün tədbir keçirilmiş, “Ümid” istirahət mərkəzində isə Rayon Icra Hakimiyyəti tərəfindən əlillər üçün çay süfrəsi təşkil edilmişdir.
3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində əlil uşaqlar üçün əyləncəli proqram təşkil olunmuşdur. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva iştirak etmişdir.
Eyni zamanda “Ümid” istirahət mərkəzində də Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə İcra Hakimiyyəti başçısının müavinləri İldırım Mehdiyev və Gülnaz İsrafilova çıxış edərək, əlillərin sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə ehtiyacı olduğunu söyləyərək, əlillərin hüquqlarının qorunmasının ən ümdə məsələlərdən biri olduğunu diqqətə çatdırdılar. Həmçinin respublikamızda əlillərə qayğı və diqqətin artırıldığını, onların sosial müdafiəsinə xüsusi diqqət yetirildiyini bildirərək, əlillərin mənzil, maşın, əlil arabaları ilə təmin olunduqlarını, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçdiklərini söylədilər.
Tədbirin sonunda əlillərə maddi yardım göstərildi.

Keçidlər