Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Nizami Rayon İcra Hakimiyyətində könüllü kimi fəaliyyət göstərən gənclər Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində uşaqlarla görüşüblər

09 dekabr 2019 | 16:00

09 dekabr 2019-cu il tarixində “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə könüllülər rayon ərazisində yerləşən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində uşaqlarla görüşüblər.

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, könüllülərlə iş üzrə koordinator Fəxriyyə Məmmədova,  Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətinə qoşulan gənclər daun sindromlu uşaqlarla görüşüb, onların dərslərində iştirak ediblər.

Hazırda 250 nəfər uşağın qeydiyyatda olduğu mərkəzdə fənn kabinetlərinə, heykəltəraşlıq, xalçaçılıq, tikiş, rəsm, kompüter, dil və digər kursların yerləşdiyi otaqlara, rəqs, kinoteatr, idman zalı və su hovuzuna, həmçinin uşaqların mütəmadi müayinə olunduqları stomatologiya və terapevt otaqlarına baxıb, mərkəzin işi ilə yaxından tanış olublar.

Könüllülər musiqi dərsində uşaqların ifasını, biologiya dərsində bitki və heyvanlar haqqında dərslərini dinləyib, əmək dərsində aplikasiya, mozaika, oriqami ilə olan əl işlərinə baxıblar.

Keçidlər