Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində könüllülük fəaliyyətini təbliğ etmək məqsədilə gənclərlə görüş keçirilib

06 dekabr 2019 | 16:00

06 dekabr 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində könüllülük fəaliyyətini təbliğ etmək məqsədilə gənclərlə görüş keçirilib.

Görüşdə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mahir Namazov çıxış edərək bütün dünyada 5 dekabr Beynəlxalq Könüllülər Günü kimi qeyd olunduğunu və bu münasibətlə könüllülərin tələbələrlə görüşə gəldiyini, öz təcrübələrini onlarla bölüşmək və könüllü fəaliyyətinə dəvət etmək istədiklərini bildirib.

Görüşdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək məqsədilə dövlət başçısı cənab İlham Əliyevin bütün dövlət və özəl qurumların fəaliyyətinə gənclərin könüllü kimi cəlb olunması ilə əlaqədar tövsiyəsinin onlar üçün yeni imkanlar yaradacağını diqqətə çatdırıb. Eyni zamanda, ölkəmizdə könüllülük fəaliyyətinin inkişafı istiqamətində görülən işlərdən danışaraq bu sahədə gənclər arasında maarifləndirmə işlərinin aparılmasının da vacibliyini qeyd edib.

Daha sonra, Nərminə Həbullayeva çıxış edərək könüllülük fəaliyyətinin əhəmiyyətindən danışıb, ilk iş təcrübəsinə yiyələnmək, karyerada ilk addımların atılmasında gənclər üçün daha böyük perspektivlərin yaradıldığını qeyd edib. N.Həbullayeva könüllü kimi fəaliyyət göstərdiyi müddətdə qazandığı təcrübədən danışıb və gəncləri könüllü kimi fəaliyyətə qoşulmağa çağırıb.

Görüş Nizami Rayon Mədəniyyət Mərkəzi kollektivinin, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin, həmçinin Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin konsert proqramı ilə davam edib.

 

Keçidlər