Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib
11 dekabr 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 272 №-li tam orta məktəbdə Babək prospekti 85, 85a, B.Nuriyev küçəsi 14, 16, 16a, 20/116 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul keçirib.
Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq, rayonda mütəmadi olaraq səyyar qəbulların keçirildiyini qeyd edib, rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb.
Qəbulda sakinlər binaların dam örtüklərinin və liftlərin təmiri, istiliklə təchizat, zirzəmilərin təmizlənməsi və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.
Rayon sakinlərinin təklifləri, müraciət və şikayətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bəziləri yerində həll edilib, əlavə araşdırmaya ehtiyac olan digər məsələlərin qanunvericiliyə uyğun və operativ həlli üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verilib və nəzarətə götürülüb.