Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

16 yanvar 2020 | 16:00

16 yanvar 2019-cu il tarixində 229 saylı tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilib.

Yığıncaqda Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Rayon İcra Hakimiyyəti başçısı aparatının və 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, rayonun idarə, müəssisə, ictimai birlik və təşkilat rəhbərləri, sakinlər iştirak ediblər.

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Natiq Quliyev 2019-cu ildə görülən işlər barədə məlumat verərək nümayəndəliyin əhatə etdiyi ərazidə müxtəlif ünvanlarda məhəllədaxili istilik xətlərinin çəkildiyini, aşağı paylama istilik xətlərində əsaslı təmir işləri aparıldığını, yaşayış binalarının zirzəmilərində su və kanalizasiya xətlərinin təmir edildiyini və yığılmış çirkab suların kənarlaşdırıldığını, müxtəlif ünvanlarda liftlərin yenisi ilə əvəz olunduğunu qeyd edib. Eyni zamanda, ərazi üzrə müxtəlif ünvanlarda binaların dam örtüyünün şiferlə əvəz edildiyini, giriş qapıları və pəncərələrin təmir olunduğunu, tüstü bacalarının təmizləndiyini, məişət tullantıları konteynerlərinin yenisi ilə əvəz olunduğunu bildirib. N.Quliyev Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə ötən il ərzində sakinlərlə 13 səyyar görüş keçirildiyini, görüşlərdə ümumilikdə 1008 nəfərin iştirak etdiyini, sakinlərin müraciətlərinin həlli istiqamətində tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığının icrasını təmin etmək məqsədilə ötən ilin fevral ayının 15-dən may ayının 15-dək rayon əhalisinin pulsuz tibbi müayinəsinin keçirildiyini, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Prezident Administrasiyası rəhbərinin “Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” sərəncamın icrası ilə əlaqədar 2  №-li SİƏD-nin ərazisində yerləşən ev və torpaqların xeyli hissəsinin fərdi qaydada baxış keçirilməklə siyahıya alındığını, ötən ilin 01-10 oktyabr tarixində respublika üzrə əhalinin siyahıyaalınmasının keçirildiyini və ölkənin hər yerində olduğu kimi, Nizami rayonunda da əhalinin siyahıyaalınması prossesinin yüksək səviyyədə təşkil olunduğunu nəzərə çatdırıb. N.Quliyev eyni zamanda 2020-ci ildə qarşıda duran vəzifələri də yığıncaq iştirakçılarının nəzərinə çatdırıb.

Sonra məruzə ətrafında “Azəristiliktəchizat” ASC 4 saylı İstilik SİS-nin baş mühəndisi  Məhəmməd Xalıqverdiyev və 34 saylı MKİS-nin rəisi Qardaşxan Hüseynov çıxış ediblər.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər