Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
23 yanvar 2020-ci il tarixində 227 №-li tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Yığıncaqda Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının və Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, Keşlə bələdiyyəsinin üzvləri, rayonun xidmət sahələrinin rəhbərləri və Keşlə sakinləri iştirak ediblər.
Yığıncaqda Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qara Qarakişiyev qəsəbədə görülmüş işlər barədə ətraflı məlumat verib.
Q.Qarakişiyev 21 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nizami rayonuna səfər etdiyini və Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərində yerləşən Keşlə dayanacağında yaradılan şəraitlə tanış olduğunu, D.Aslan küçəsi ilə Köndələn küçəsini bölən dəmiryol xəttinin altından yeraltı keçidin tikilərək sakinlərin istifadəsinə verildiyini, həmin keçiddən 100 metr aralıda Sabir küçəsinə çıxan yeraltı yol qovşağının tikintisinin isə davam etdirildiyini və 2020-ci ilin mart ayına qədər istifadəyə verilməsinin nəzərdə tutulduğunu, sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə H.Cavid, M.H.Kazımov və M.İbrahimov küçələrindəki kanalizasiya xəttinin yenilənərək Sabir küçəsindəki ana kollektora birləşdirildiyini, Yenikənd və M.Ağayev küçələrində asfaltlama işlərinin aparıldığını diqqətə çatdırıb.
2019-cu ildə qəsəbə ərazisində sahibkarlar tərəfindən müxtəlif iaşə və ticarət obyektləri, istehsal sahələrinin inşa edildiyini və yeni iş yerləri açıldığını söyləyib.
Bunlardan əlavə, Q.Qarakişiyev Keşlə qəsəbəsində ictimai-siyasi və sosial sahədə, qaz, istilik və su təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlər və 2020-ci ildə qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində həllini gözləyən bir sıra problemlər barədə ətraflı məlumat verib.
Sonra məruzə ətrafında Keşlə bələdiyyəsinin sədri Ələmdar Bafadarov, 227 saylı məktəbin direktoru Sevinc Hüseynova və Keşlə sakini Rəhman Rasim oğlu çıxış ediblər.
Yığıncağa yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Keşlə qəsəbəsində həllini gözləyən bir sıra məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib.