Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib
05 fevral 2020-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 12 №-li tam orta məktəbdə K.Balakişiyev küçəsi 3, İ.Müzəffəroğlu küçəsi 1, 3, 3a, 4 və 6 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul keçirib.
Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 1 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Qəbulda sakinlər məhəllədaxili yolların asfaltlanması, binanın giriş qapılarının dəyişdirilməsi, blokların təmiri, ağacların budanması, küçə işıqlarının bərpa olunması, işlə təminat və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.
Rayon sakinlərinin təklifləri, müraciət və şikayətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bəziləri yerində həll edilib, əlavə araşdırmaya ehtiyac olan digər məsələlərin qanunvericiliyə uyğun və operativ həlli üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verilib və nəzarətə götürülüb.