Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib

12 fevral 2020 | 16:00

12 fevral  2020-ci il tarixində 242 №-li tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun C.Naxçıvanski küçəsi 28, 30, 33, 34 saylı binaların sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Nizami bələdiyyəsinin üzvləri, 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak edib.

Səyyar qəbulda İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb.

Qəbulda sakinlər tərəfindən onları narahat edən məsələlərlə bağlı verilən suallar Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən ətraflı cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

Səyyar qəbulda çıxış edən sakinlərin yaşadıqları binaların dam örtüklərinin və blokların təmiri, ağacların budanması, liftlərin təmiri, qazılmış ərazilərin asfaltlanması və digər sosial problemləri dinlənilib, onların rəy və təklifləri nəzərə alınıb, müraciətlərdən bir qismi yerindəcə həll edilib, digərlərinin həll edilməsi aidiyyəti təşkilatlara tapşırılıb və nəzarətə götürülüb.

Keçidlər