Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətində “Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi” mövzusunda təlim keçirildi.

21 dekabr 2013 | 16:00

20 dekabr 2013-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətində “Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi” mövzusunda təlim keçirildi.
Təlimi Rayon İcra Hakimiyyəti başçısının müavini, davranış qaydaları üzrə  etik müvəkkil İldırım Mehdiyev açaraq, hər bir dövlət qulluqçusunun yüksək etik davranış qaydalarını rəhbər tutaraq “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun məqsəd və tələblərinə əməl etməli olduğunu, hər bir vətəndaş üçün vicdanlılıq nümunəsi olmasını bildirdi.
İ.Mehdiyev mövzu ilə bağlı məlumat vermək üçün sözü Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunun aparıcı məsləhətçisi Elvin Əliyevə verdi. E.Əliyev slaydlar vasitəsilə dövlət qulluqçularının etik davranış qaydaları haqqında, o cümlədən vicdanlı və mədəni davranış, peşəkarlıq və fərdi məsuliyyətin artırılması, loyallıq, ictimai etimad, qərəzsizlik, dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması barədə dinləyiciləri məlumatlandırdı.
Sonra Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov və başçının müavini Gülnaz İsrafillova dövlət qulluqçularının gündəlik xidməti fəaliyyətlərində vətəndaşların hüquq və azadlıqlarının qorunması, humanizm və digər demokratik prinsiplərə, etik davranış normalarına uyğun öz vəzifələrinin icrasını vicdanla, peşəkarcasına yerinə yetirməyin, eyni zamanda bütün şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalarının vacibliyini diqqətə çatdırdılar.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparıldı.

Keçidlər