Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

21 yanvar 2014 | 16:00

  Bakı şəhərinin Nizami rayonunda 1990-cı ilin 20 Yanvar hadisələrinin 24-cü ildönümü ilə əlaqədar idarə, müəssisə və təşkilatlarda tədbirlər təşkil edilmiş, 20 Yanvar hadisələri zamanı şəhid və əlil olanların ailələrinə maddi yardım göstərilmiş, ehsan süfrələri açılmış, tədris müəssisələrində faciəyə həsr olunmuş xüsusi dərslər keçirilmiş, divar qəzetləri buraxılmış, ədəbi-bədii gecələr və hadisə zamanı əlil olanlarla görüşlər təşkil edilmişdir.
  13-20 yanvar 2014-cü il tarixlərində Mərkəzi Kitabxanada 20 Yanvar faciəsinə həsr olunmuş kitab və jurnalların, 15-20 yanvar 2014-cü il tarixlərində isə məktəblərdə və rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində dərnək üzvlərinin rəsm sərgisi təşkil edilmişdir.
16 yanvar 2014-cü il tarixində Nizami Rayon İcra Hakimiyyəti tərəfindən “Komfort” restoranında 20 Yanvar hadisələri zamanı şəhid və əlil olanların ailələrinə ehsan süfrəsi açılmış və maddi yardım göstərilmiş, həmçinin rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri tərəfindən faciəni əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. 
18 yanvar 2014-cü il tarixində 61 saylı orta məktəbdə də 20 Yanvar faciəsinə həsr olunmuş tədbir təşkil edilmişdir. Məktəbin foyesində faciəni əks etdirən rəsm sərgisi nümayiş etdirilmiş, akt zalında isə şagirdlər tərəfindən “Qan yaddaşımız” adlı ədəbi-bədii kompozisiya təqdim edilmişdir.
20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünə həsr olunmuş tədbirlərdə Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, 20 Yanvar Cəmiyyətinin sədri Soltan Əzimzadə, 220 nömrəli məktəb-liseyin direktoru Almaz Əsgərova Azərbaycan xalqının  qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək onların əziz xatirəsinin daim dərin ehtiramla yad edildiyini bildirdilər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əli silahsız dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsinin, tökülmüş nahaq qanların Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədiyini vurğuladılar. Bu faciəyə etiraz səsini birinci ucaldan ümummilli lider Heydər Əliyevin 20 Yanvar hadisələrinə dünyada hüquqi-siyasi qiymət verilməsinə nail olduğunu və hər il 20 Yanvar tarixinin ümumxalq hüzn günü kimi qeyd edildiyini diqqətə çatdırdılar. Azadlıq uğrunda canlarından keçmiş vətən övladlarının o qanlı gündə müasir Azərbaycan tarixində qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını nəzərə çatdıraraq, qazanılmış müstəqilliyimizin əbədi və dönməz olduğunu söylədilər.
20 yanvar 2014-cü il tarixində rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etmişlər.

Keçidlər