Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonu ərazisində dezinfeksiya və maarifləndirmə işləri davam etdirilir

30 mart 2020 | 16:00

Koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin tapşırığına uyğun olaraq Nizami rayonu ərazisində lazımi tədbirlər davam etdirilir.

Koronavirusla mübarizə çərçivəsində xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə rayon ərazisində, o cümlədən Keşlə qəsəbəsində ardıcıl tədbirlər həyata keçirilir. Yaşayış binalarında, ümumi istifadə yerlərində, giriş blokları, liftlər  və onların ətrafında, məişət tullantılarının atıldığı konteyner meydançalarında, fərdi evlərin həyətlərində dezinfeksiya işləri aparılır, məhəllədaxili yollar xüsusi dərman vasitəsilə yuyulur.

Bundan əlavə, Rayon İcra Hakimiyyətində yaradılan mobil qruplar tərəfindən mütəmadi olaraq sakinlər virusa yoluxma riskinin azaldılması, xüsusi karantin rejiminə əməl olunması istiqamətində  maarifləndirilir, onlarla izahetmə-xəbərdarlıq işləri aparılır və  Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl edilməsi tövsiyə edilir.

Həmçinin xüsusi karantin rejimi ilə əlaqədar ictimai yerlərdə 10 nəfərdən artıq qruplarda cəmləşmənin qadağan edilməsi ilə bağlı rayon ərazisindəki bütün parklara giriş-çıxış məhdudlaşdırılıb, eyni zamanda, qeyri-ərzaq mağazalarında satış fəaliyyəti dayandırılıb.

 

Keçidlər