Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilmişdir
23 yanvar 2014-cü il tarixində YAP Nizami rayon təşkilatının inzibati binasında Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilmişdir.
Yığıncağı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov açaraq, RİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ölkə başçısının müvafiq sərəncamının icrası olaraq Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradıldığını diqqətə çatdırdı. Sonra sahə inzibati ərazi dairəsində 2013-cü ildə görülmüş işlər barədə məlumat vermək üçün sözü RİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər Məmmədova verdi.
A.Məmmədov ilk öncə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən nümayəndəlik üçün inzibati binanın tikilərək istifadəyə verildiyini qeyd etdi. O, 2013-cü ilin yekunları barədə məlumat verərək nümayəndəliyin ərazisində yerləşən 1 tam orta məktəbdə əlavə korpusun tikildiyini, 1 dispanserin əsaslı təmir edildiyini, 3 tam orta və 1 internat məktəbinin əsaslı təmirinə başlandığını bildirdi. Bundan əlavə yaşayış binalarında 6440 m2 dam örtüyünün yeniləndiyini, 55 ədəd qapının təmir olunduğunu, 128 m2 pəncərənin şüşələndiyini, 50 pəncərənin təmir edildiyini, məhəllədaxili yollara 33885 m2 asfalt örtüyü vurulduğunu, Q.Qarayev prospekti 25/6 ünvanında mövcud olan 12 kameralı 2x1600 kVA gücündə transformator məntəqəsinin tikildiyini, yeni transformator məntəqəsinə 5400 metr 10 kV-lıq kabel xətti çəkildiyini və transformator məntəqələrarası 6300 km 10 kV-lıq kabel xətlərinin yenisi ilə əvəz edildiyini, Şərifli, T.Abbasov, R.Teymurov, İ.Əliyev və Ə.Vəliyev küçələrində isə 10000 m-dən çox 0,4 kV-lıq çılpaq naqillərin kabel xətləri ilə əvəz edildiyini, 14 binanın kabel xətlərinin, 23 binanın paylayıcı şitin və daxili elektrik xətlərinin yenisi ilə əvəz edildiyini, 83 ədəd yeni dayaq basdırıldığını, Q.Qarayev 25/6 və A.Manafov 16 ünvanlarındakı müxtəlif diametrli 810 p/m məhəllədaxili istilik xəttinin çəkildiyini və həmin binalarda, o cümlədən K.Balakişiyev 3 və İ.Əliyev 3a ünvanlarında da aşağı paylayıcı xətlərin və məhəllədaxili xətlərin əsaslı təmir edildiyini, 47 binanın zirzəmisindən köhnəlmiş su xətlərinin binanın xaricinə çıxarıldığını, 36 liftin yenisi ilə əvəz olunduğunu, 51 liftin isə əsaslı təmir edildiyini nəzərə çatdırdı.
Sonra məruzə ətrafında 32 nömrəli məktəbin direktoru Sevda Abdullayeva, 238 №-li məktəbin ingilis dili müəllimi Solmaz Süleymanova, Rayon Enerji Təchizatı və Satışı İdarəsinin İstismar şöbəsinin rəisi İmran Məmmədov və Rayon Sukanal İdarəsinin rəisi Rauf Abbaslı çıxış etdilər.
Yığıncağa yekun vuran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov RİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2013-cü ildə gördüyü işləri qənaətbəxş hesab etdiyini bildirdi və qarşıda duran vəzifələrin vaxtında və tam icra edilməsi ilə bağlı tapşırıqlarını verdi.