Nizami rayonunda aztəminatlı ailələrə ərzaq paylarının verilməsi davam etdirilir
14 aprel 2020 | 16:00
Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrin sosial müdafiəsi diqqət mərkəzində saxlanılır.
Ölkədə tətbiq olunan xüsusi karantin rejimi dövründə rayonda yaşı 65-dən yuxarı olan vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq, tənha yaşayan ahıl şəxslərə, eyni zamanda, aztəminatlı ailələrə də yardımlar edilir, həmçinin onlarla profilaktik söhbətlər aparılır.
13 aprel 2020-ci il tarixində Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən növbəti dəfə bu kateqoriyadan olan 50 ailəyə yardım sovqatı verilib.
Rayonda aztəminatlı ailələrə ərzaq paylarının verilməsi davam etdirilir.