Nizami rayonunda aztəminatlı ailələrə ərzaq paylarının verilməsi davam etdirilir
Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrin sosial müdafiəsi diqqət mərkəzində saxlanılır.
Ölkədə tətbiq olunan xüsusi karantin rejimi dövründə rayonda yaşı 65-dən yuxarı olan vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq, tənha yaşayan ahıl şəxslərə, eyni zamanda, aztəminatlı ailələrə də yardımlar edilir, həmçinin onlarla profilaktik söhbətlər aparılır.
17 aprel 2020-ci il tarixində Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən növbəti dəfə bu kateqoriyadan olan 50 ailəyə yardım sovqatı verilib.
Qeyd edək ki, rayonda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tənha qocalara, şəhid və aztəminatlı ailələrə ərzaq paylarının verilməsi gündəlik olaraq davam etdirilir.