Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda sosial baxımdan həssas əhali qruplarına dəstək davam etdirilir

19 aprel 2020 | 16:00

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə elan olunan xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarına dəstək olaraq Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda ehtiyacı olan imtiyazlı və aztəminatlı ailələrə ərzaq yardımının paylanılması davam etdirilir.

Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları tərəfindən növbəti dəfə 18-19 aprel 2020-ci il tarixlərində sosial baxımdan həssas əhali qruplarına dəstək göstərilməsi istiqamətində ümumilikdə 110 ailə olmaqla şəhid, əlil və aztəminatlı ailələrə, o cümədən evdən çıxmayan 65 yaşdan yuxarı tənha sakinlərə ərzaq  məhsullarından ibarət bağlamalar çatdırılıb

Eyni zamanda, sakinlərlə görüşdə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə, ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanıb. 

 

 

 

 

 

 

Keçidlər