Nizami rayonunda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri daha da gücləndirilir
Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nizami rayonunda qabaqlayıcı tədbirlər davam etdirilir.
Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları, eyni zamanda Rayon İcra Hakimiyyətində yaradılan qərargahın işçi qrupları tərəfindən hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq xüsusi texnika vasitəsilə rayonun Nəsimi, M.Abbasov, A.Manafov, B.Çobanzadə, C.Naxçıvanski, R.Rüstəmov, B.Nuriyev, E.Süleymanov küçələrində, Q.Qarayev və Babək prospektlərində gücləndirilmiş dezinfeksiya işləri aparılaraq, yollar dezinfeksiyaedici kimyəvi maddələrlə yuyulub.
Eyni zamanda, rayon ərazisindəki yaşayış binalarında, pilləkən qəfəsələrində, lift kabinələrində, məişət tullantıları konteynerlərində və meydançalarında, məhəllələrdəki idman-əyləncə qurğularında, söhbətgahlarda, parklarda, yol kənarlarında və səkilərdə, məhəllədaxili yollarda, dayanacaqlarda, metro çıxışlarının və ticarət obyektlərinin ətrafında da dezinfeksiyaedici avadanlıqlarla təchiz olunan xüsusi qoruyucu geyimlərdə işçi qruplar tibbi-profilaktiki işlər aparıblar.