Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda imtiyazlı və aztəminatlı ailələrə köməklik göstərilməsi davam etdirilir

23 aprel 2020 | 16:00

Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə respublikada tətbiq olunan xüsusi karantin rejimi dövründə ehtiyacı olan ailələrə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq köməkliyi göstərilir.

22 aprel 2020-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsi ilə birgə 75 ailə olmaqla, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin ailə üzvlərini  ziyarət ediblər. Əməkdaşlar tərəfindən onlarla ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı profilaktik söhbətlər aparılıb və ərzaq məhsullarından ibarət bağlamalar verilib.

Şəhid ailələrinin üzvləri göstərilən diqqətə görə razılıqlarını ifadə edərək minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər