8 Noyabr – Şanlı Zəfər qələbəsinin 6-cı ildönümünü ilə əlaqədar “Nizami Rayon Vətən Müharibəsi Şəhidləri” Memorial Kompleksini ziyarət edilib
08 noyabr 2026 | 16:30
Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan xalqı bu gün böyük coşqu və fəxarət hissi ilə 8 Noyabr – Şanlı Zəfər qələbəsinin 6-ci ildönümünü qeyd edir.
08 noyabr 2026-cı il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər, rayon ictimaiyyəti, qazilər, şəhidlərin ailə üzvləri və yaxınları “Nizami Rayon Vətən Müharibəsi Şəhidləri” Memorial Kompleksini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər, canlarını qurban verən qorxmaz oğullarımızın xatirələrini ehtiramla yad ediblər.
Böyük Qəhrəmanlıq dastanını yazmış Vətən övladları heç vaxt unudulmayacaq, xalqımızın qəlbində daim yaşayacaqlar.






