Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr - Zəfər Günü münasibətilə gənclərlə maarifləndirici görüş keçirilib

06 noyabr 2026 | 16:19

8 Noyabr – Zəfər Günü münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyə olunması və şanlı qələbəmizin əhəmiyyətinin aşılanması məqsədilə maarifləndirici görüş təşkil edilib. Tədbirdə Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələrinin üzvləri, gənclər iştirak ediblər.

Görüş zamanı çıxış edənlər 44 günlük müharibədə qazanılan şanlı qələbənin tarixi və siyasi əhəmiyyətindən geniş söhbət açıblar. Müzakirələrdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi rəşadət, xalqımızın sarsılmaz birliyi və zəfərə aparan yol xüsusi vurğulanıb. Qazilər və şəhid ailələrinin üzvləri öz xatirələrini bölüşərək, bu zəfərin gələcək nəsillər üçün böyük qürur və ilham mənbəyi olduğunu bildiriblər.

Tədbirin yekun hissəsində gəncləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Keçidlər