Ermənistanın daxili ictimai-siyasi vəziyyəti və Nikol Paşinyanın yarıtmaz siyasəti
Öz sələflərindən geridə qalmayan, erməni xalqını tarixin zibilliklərinə yuvarlayan, populist çıxışları ilə insanlarda aqoniya vəziyyəti yaradan Nikol Paşinyan ölkəsində ictimai-siyasi vəziyyəti gərginləşdirib. İnsanlarda hakimiyyətə qarşı etiraz dalğası artan templə davam etməkdədir. Bu kimi siyasi proseslər N.Paşınyan hakimiyyətinin sütunlarının dərin çat verdiyindən xəbər verir.
Hələ 2018-ci ilin aprel hadisələrinin səbəbkarı kimi Ermənistan siyasətinə küçədən gələn N.Paşinyan “qəhrəman” jurnalist kimi öz populist çıxışları ilə acı da olsa hakimiyyətə gəlməyi bacardı.
Hakimiyyətinin ilk günlərindən erməni xalqının dəstəyini qazanmaq üçün boş-boş vədlərlə dərin demokratik islahatlar aparacağını, hüququn aliliyini qoruyacağını və erməni xalqını, Ermənistan Respublikasını düşdüyü iqtisadi və siyasi böhrandan qurtaracağını, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll edəcəyini bildirsə də, yenə öz erməni xislətindən əl çəkmədi.
Ona hakimiyyətə gəlmək və erməni xalqının qanını içmək lazıım idi, onu da bacardı. İki ildir ki, hakimiyyətdə olmasına baxmayaraq, bir dəfə də olsa, bu “qəhrəman” müsbət reputasiyası ilə yadda qalmağı bacarmadı. Onun ümumiyyətlə siyasət və siyasət elmindən xəbəri belə yoxdur, çünki öz havadarlarının dəstəyi ilə hakimiyyətə gəlməyi bacarmış təsadüfi bir adamdır.
2020-ci ilin fevral ayının 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşınyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri keçirilmişdir. Həmin müzakirələrdə Prezident İlham Əliyevlə Paşınyan arasında baş tutmuş debat zamanı onun Prezident İlham Əliyevin tutarlı tarixi faktları qarşısında rəzil duruma düşdüyü hər kəsə məlumdur.
Paşınyana qarşı daxili siyasi savaşın artıq son həddə çatmasının şahidiyik. Belə ki, Paşinyanın əvvəlcə Konstitusiya Məhkəməsinin sədri Tovmasyana və ailəsinə qarşı etdiyi hücumlar hakimlərin və məhkəmə sisteminin siyasi iqtidarla münasibətini korladı. Ardınca isə Sarkisyan və Koçaryan, onlara bağlı olan qüvvələr Paşinyana qarşı yeni gizli koalisiyanı formalaşdırdılar. Bu koalisiya 3-4 cəbhədə Paşinyan və onun ailəsinə qarşı informasiya müharibəsi aparmağa başladı. Ermənistan DTK-nın keçmiş sədri, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan isə Paşinyan və onun ətrafını korrupsiyada və dövlət büdcəsini talamaqda ittiham etdi. Paşinyanın siyasi savadsızlığı nəticəsində bu qüvvələr neytrallaşdırılmadan bu dəfə ona qarşı “Çiçəklənən Ermənistan” Partiyası tərəfindən yeni müqavimət bloku yaradıldı. Ermənistan bölgədə hüququn aliliyini tapdalayaraq müxalif millət vəkili Qaqik Tsarukyanın mandatını əlindən aldı və həbs etdirdi. Nəzərə alsaq ki, Paşinyan Ermənistan müxalifətində təmsil olunan və biznesmenlərin nəhəng oliqarx hesab etdiyi Tsarukyanın ətrafında cəmləşdiyini sanki unutmuşdur. Eyni zamanda, erməni müxalifətinin qatı millətçi nümayəndəsi Naira Zoqrabyanın da Paşinyana qarşı sərt bəyanatlarının səsi eşidilməyə başlamışdır. Digər tərəfdən, Dağlıq Qarabağdakı qondarma separatçı terror rejiminin uydurma seçki şousuna dünyanın mövqeyi və burada da Sarkisyana bağlı olan klanların hələ də rəhbərlikdə təmsil olunması Paşinyan üçün daha çətin siyasi nəticələr doğurur.
Ermənistanın Baş naziri Nikol Paşinyanın koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməməsi və ölkədə xəstəliyin qarşısını ala bilməməsi onun hakimiyyətinə qarşı xalqın etimadını tükəndirib.
N.Paşinyan hökuməti Tsarukyana qarşı hüquq çərçivəsində hərəkət etdiyini bildirsə də, bir çox siyasi partiyalar bunun siyasi məqsəd daşıdığını və Tsarukyanı zərərsizləşdirmək üçün inzibati mexanizmlərdən istifadə edildiyini bildirirlər.
Tsarukyanla bağlı son hadisələr fonunda özlərini “azadlıq carçısı” hesab edən bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumilikdə bir sıra Qərb təşkilatlarının səssizliyi heyrət doğurur.
Tsarukyanın tərəfdarları 17 iyunda Ermənistan parlamenitinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərdikləri zaman ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alındı və yüzlərlə adam saxlanıldı. Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq etdi.
Bəli, N.Paşinyan kimi oyunbazların məqsədi erməni xalqının maraqlarına xidmət etmək deyil, yalnız şəxsi maraqlarından çıxış edərək dövləti talan etmək və xeyli dərəcədə sərvət toplayaraq, havadarlarının sərvətinə sərvət qatmaqdır.
Mürvət İbrahimov
Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi