Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov növbəti onlayn müşavirə keçirib

30 iyun 2020 | 16:00

30 iyun 2020-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov növbəti onlayn müşavirə keçirib.

Onlayn müşavirədə Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Xüsusi Təyinatlı və Rayon Mənzil Kommunal Təsərrüfatı Birliklərinin rəisləri, Nizami və Keşlə bələdiyyələrinin sədrləri iştirak ediblər.

A.Qasımov xüsusi karantin rejimi müddətində qurumlar arasında yaradılan əlaqəli fəaliyyətin daha da gücləndirilməsinin, təbliğat işlərinin intensivliyinin artırılmasının, rayon ərazisində sanitar-epidemioloji normalara uyğun zəruri tədbirlərin davam etdirilməsinin, yaradılmış mobil və işçi qruplar tərəfindən sakinlərin qoruyucu maska, şəxsi dezinfeksiya-mühafizə vasitələrindən mütləq qaydada istifadə etmələri üçün təlimatlandırmasının, ictimai yerlərdə digər şəxslərlə az ünsiyyətdə olmalarının vacibliyini vurğulayıb. Həmçinin rayon ərazisində infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə nümayəndəliklər tərəfindən aidiyyəti qurumlarla birlikdə xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi ilə bağlı müəyyən edilmiş sahə və istiqamətlərdə tətbiq edilən xüsusi sanitar qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.

A.Qasımov sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən köməkliklərin davam etdirilməsini, onların sosial müdafiəsinin hər zaman diqqət mərkəzində saxlanılmasını və bu işdə hər hansı bir neqativ halın yolverilməz olduğunu bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Sonda A.Qasımov əhali arasında sağlam həyat tərzinin, yüksək sanitariya mədəniyyətinin yaranmasına yönəldilmiş maarifləndirmə işlərinin aparılmasını, rayon ərazisində aparılan dezinfeksiya işlərinin gücləndirilməsini, bu işdə səylərin artırılmasını və qarşıya çıxa biləcək hər hansı çətinliklər barədə İcra Hakimiyyətində yaradılmış Xüsusi Qərargaha məlumatların verilməsini tapşırıb.

Keçidlər