Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda Xocalı soyqırımı hadisələrinin 22-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.

28 fevral 2014 | 16:00

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin etnik təmizləmə siyasəti olaraq Xocalı şəhərində sakinlərə qarşı törədilmiş soyqırım aktı Azərbaycan xalqının yaddaşına qanlı səhifə kimi yazılmışdır. Soyqırım nəticəsində 613 nəfər dinc sakininin vəhşicəsinə öldürülməsi dünya tarixində görünməmiş bəşəri cinayət kimi qiymətləndirilir. Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin siyasi kursu ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının beynəlxalq arenada artan nüfuzu, yerləşdiyi coğrafi mövqedə söz sahibinə çevrilməsi dünya ölkələri tərəfindən Xocalı soyqırımı hadisəsinə hüquqi qiymət verilməsinə təkan vermişdir. Dünyada 2008-ci ildən Heydər Əliyev Fondu tərəfindən “Xocalıya ədalət” kampaniyası ilə bağlı keçirilən tədbirlərin də bu işdə çox böyük rolu olmuşdur.
     Nizami rayonunda da Xocalı soyqırımı hadisələrinin 22-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir. Belə ki, 22 fevral 2014-cü il tarixində 129 saylı orta məktəbin foyesində soyqırımı aktını əks etdirən rəsm sərgisi təşkil olunmuş və akt zalında şagirdlərin hazırladığı “Xocalı” tamaşası nümayiş etdirilmişdir. Tədbirdə millət vəkili Sədaqət Vəliyeva iştirak etmişdir.
     25 fevral 2014-cü il tarixində “Xüdafərin” istirahət mərkəzində keçirilmiş tədbirdə Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov 1992-ci il fevralın 26-sı erməni təcavüzkarları tərəfindən törədilmiş Xocalı faciəsinin Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olduğunu və hər il respublikada həmin tarixin «Xocalı soyqırımı günü» kimi qeyd edildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Xocalı soyqırımı hadisəsinin bütün dünyada tanınması istiqamətində genişmiqyaslı işlər görüldüyünü, Azərbaycan həqiqətləri, Xocalı faciəsi haqqında kitablar, filmlər və stendlərin dünyanın hər yerində nümayiş etdirildiyini nəzərə çatdırdı.
     Tədbirin sonunda rayonda məskunlaşmış Xocalıdan olan ailələrə maddi yardım göstərilmiş və Xocalı faciəsi qurbanlarının xatirəsinə ehsan süfrəsi açılmışdır.
26 fevral 2014-cü il tarixində rayon ictimaiyyətinin Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəyə ziyarəti təşkil edilmiş və soyqırım nəticəsində həyatlarını itirmiş vətən övladlarının xatirəsi ehtiramla yad olunmuşdur.

Keçidlər