Nizami rayonunda xüsusi karantin rejimi qaydalarına riayət edilməsi vəziyyətinin öyrənilməsi məqsədiə reydlər davam edir
11 iyul 2020-ci il tarixində “Covid-19” infeksiyasının ölkədə geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan sərtləşdirilmiş karantin rejiminin qaydalarına Nizami rayonunda riayət edilməsi vəziyyətinin öyrənilməsi və zəruri tədbirlərin görülməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri və polis əməkdaşları ilə birgə növbəti reydlər keçirib.
Rayonda fəaliyyət göstərən ərzaq mağazalarına, apteklərə, eyni zamanda fəaliyətinə icazə verilən digər obyektlərə reyd zamanı sərtləşdirilmiş karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edilməsi yoxlanılıb, maarifləndirici söhbətlər aparılıb, növbə zamanı sosial məsafənin gözlənilməsinin vacibliyi bir daha xatırladılıb, tibbi maskadan istifadənin zəruriliyi vurğulanıb.
Qeyd edək ki, rayonda gündəlik olaraq mobil qruplar tərəfindən də polis əməkdaşları ilə birgə reydlər keçirilir və maarifləndirmə işləri aparılır. Reydlər zamanı hüquqi və fiziki şəxslər tərəfindən karantin rejimin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə onlar barəsində qanunamüvafiq tədbirlər görülür.