Nizami rayonunda xüsusi karantin rejimi qaydalarına əməl olunmasına nəzarət məqsədilə reydlər aparılır
Koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə, xüsusi karantin rejimi qaydalarına əməl olunmasına nəzarət məqsədilə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazinin planlaşdırılması və inkişafı şöbəsinin müdiri Mübariz Almədətov, Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri, eyni zamanda mobil qruplar ərzaq mağazalarında, apteklərdə, həmçinin fəaliyyətinə icazə verilən digər obyektlərdə, müxtəlif ticarət və xidmət sahələrində gündəlik olaraq reydlər aparırlar.
Reydlər zamanı bütün obyektlərin işçi heyətinə, eyni zamanda sakinlərə tibbi maskalardan istifadə edilməsinin zəruriliyi bildirilir, sosial məsafənin gözlənilməsi və sanitar-gigiyenik qaydalara düzgün riayət olunması tövsiyə olunur. Xüsusi karantin qaydalarına əməl etməyənlər barədə inzibati cəza tədbirlərinin görüləcəyi nəzərə çatdırılır.
Eyni zamanda, əhali arasında dəfn mərasimləri istisna olmaqla yas mərasimlərinin keçirilməsinə qoyulan qadağaya da riayət olunması barədə geniş təbliğat-izahat işləri aparılır.