Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir

13 avqust 2020 | 16:00

Koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Nizami rayonunda profilaktik və təxirəsalınmaz tədbirlər, eyni zamanda əhali arasında maarifləndirmə işləri davam etdirilir.

Nizami Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri və mobil qruplar hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə rayon ərazisində müxtəlif ticarət və xidmət sahələrində, iri ərzaq satışı mağazalarında, apteklərdə, eyni zamanda, yas mərasimlərinin təşkil edilməsi ehtimal olunan yerlərdə reydlər keçirirlər.

Reydlər  zamanı Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsinin monitorinqi aparılır, pozuntu hallarına yol verən obyektlər və ya cavabdeh şəxslərə xəbərdarlıq edilərək müvafiq göstərişlər verilir.

Eyni zamanda, sakinlərlə söhbətlər aparılır və karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndirilirlər. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl edilməsi, sosial məsafənin gözlənilməsi, mütləq şəkildə tibbi maskalardan istifadə olunması tövsiyə edilir.

 

 

  

 

 

Keçidlər