Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda xüsusi karantin rejiminin qaydalarına əməl edilməsi vəziyyətinin öyrənilməsi ilə əlaqədar reydlər davam etdirilir

24 avqust 2020 | 16:00

Yeni növ koronavirus infeksiyasının ölkədə geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejiminin qaydalarına Nizami rayonunda əməl edilməsi vəziyyətinin öyrənilməsi və zəruri tədbirlərin görülməsi ilə əlaqədar 24 avqust 2020-ci il tarixində  Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah üzvləri və mobil qruplar hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə növbəti reydlər keçiriblər.

Reydlər zamanı rayonda fəaliyyət göstərən iri market və mağazalarda, ticarət obyektlərində, apteklərdə, bərbərxana və gözəllik salonlarında karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edilməsi yoxlanılıb, işçilərlə, həmçinin alıcılar və müştərilərlə maarifləndirici söhbətlər aparılıb, sosial məsafənin gözlənilməsinin vacibliyi xatırladılıb, sanitar-gigiyena qaydalarına riayət olunması və tibbi maskadan istifadə edilməsinin zəruriliyi vurğulanıb.

Reydlər zamanı hüquqi və fiziki şəxslər tərəfindən karantin rejimin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə onlar barəsində qanunamüvafiq tədbirlər görülür.

 

 

Keçidlər