Nizami rayonunda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri aparılıb
30 avqust 2020 | 16:00
Əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə əlaqədar Nizami rayonunda təkrar profilaktik dezinfeksiya işləri aparılıb.
29 avqust 2020-ci il tarixində rayonun prospekt və küçələri xüsusi texnika vasitəsilə dezinfeksiyaedici kimyəvi maddələrlə yuyulub. Eyni zamanda, rayon ərazisindəki parklarda, məhəllədaxili yollarda, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının həyətləri, məişət tullantıları konteynerləri və meydançaları zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qruplar tərəfindən dezinfeksiya olunub.