10 nömrəli orta məktəbdə Mikayıl Müşfiqin yaradıcılığına həsr olunmuş “Nə böyük şərəfdir sənətkar olmaq” mövzusunda tədbir keçirilmişdir.
12 aprel 2014-cü il tarixində Nizami rayonu 10 nömrəli orta məktəbdə Mikayıl Müşfiqin yaradıcılığına həsr olunmuş “Nə böyük şərəfdir sənətkar olmaq” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə millət vəkili Sədaqət Vəliyeva, Mikayıl Müşfiqin əmisi nəvəsi İzzət Əhmədova iştirak etmişlər.
Tədbirdə 10 nömrəli orta məktəbin şagirdləri tərəfindən Mikayıl Müşfiqin həyat və yaradıcılığını əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Nümayişdən sonra 10 nömrəli orta məktəbin direktoru Leyla Məmmədova çıxış edərək əvvəllər həmin məktəbdə müəllim işləmiş, hazırda isə təqaüddə olan Mikayıl Müşfiqin əmisi nəvəsi İzzət Əhmədovaya söz verdi.
İzzət Əhmədova Mikayıl Müşfiqin xatirəsinin əziz tutularaq yad edildiyinə görə rayon rəhbərliyinə, məktəbin kollektivinə dərin təşəkkürünü bildirdi və M.Müşfiqin şeirlərinin bütün nəsillər, xüsusən də gənclər tərəfindən sevilərək dillər əzbəri olduğunu böyük qürur hissi ilə diqqətə çatdırdı.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov və millət vəkili Sədaqət Vəliyeva çıxışlarında vurğuladılar ki, Azərbaycan poeziyasının söz sahibi Mikayıl Müşfiq öz nəzm əsərləri ilə dövrün, cəmiyyətin, insanların həyat tərzini, onların baxışlarını ifadə etmiş, yaradıcılığı Azərbaycan gəncliyinə bütün zamanlarda örnək olmuş və onlarda vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz rol oynamışdır.
Həmçinin tədbirdə qeyd edildi ki, ölkə Prezidenti cənab İlham Əliyevin Mikayıl Müşfiqin 100 illik yubiley tədbirinin təntənəli şəkildə respublika miqyasında qeyd olunması haqqında imzaladığı sərəncam Azərbaycan ədəbiyyatına və onun görkəmli şəxsiyyətlərinə olan diqqət və hörmətin bariz nümunəsidir.