Şriftin ölçüsü :

Saytın rəngi :

Erməni riyakarlığı

12 oktyabr 2020 | 16:00

Bəlli olduğu kimi bir neçə gün bundan öncə Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüş baş tutdu. 11 saat davam edən gərgin danışıqlar nəticəsində humanitar atəşkəs elan edildi. Hər kəs bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Bu sadəcə həlak olan hərbçilərin və əsirlərin dəyişdirilməsi üçün əldə olumuş bir razılaşmadır. Əslində düşmən ölkə və onun havadarları bununla ölkəmizə qarşı bir diplomatik tələ hazırlamaq istəmişdirlər. Onlar Azərbaycana qarşı siyasi-diplomatik təzyiqləri artırmaqla buna nail olmaq istəyirdilər. Onlar ölkəmizin daha böyük güzəştlərə gedəcəyini gözləyirdilər. Yəni onlar humanitar atəşkəs yox, daha mühüm bir sənəd imzalanacağını zənn edirdilər. Lakin Prezident İlham Əliyev bu siyasi təzyiqlərə sinə gərdi və məharətli və vaxtında atılan diplomatik addımlarla onu neytrallaşdırdı. Əksinə bundan onların özünə qarşı istifadə etdi. Cənab Prezident çox gözəl bilirdi ki, bu danışıqlar Ermənistanı bizim əlimizdən xilas etmək üçün hazırlanmışdı. Sadəcə olaraq imitasiya xarakteri daşıyan bu danışıqlardan nəsə gözləmək də olmazdı. Amma bu amili onların özünə qarşı çevirmək və bizə sərf edəcək bir sənəd imzalamaq böyük diplomatik bacarıq tələb edirdi. Bu çətin işin öhdəsindən cənab Prezident layiqincə gəldi.

Biz bu sənədin elə bir əhəmiyyət daşımadığını lap başdan bildirmişdik. Düşmən tərəfin də buna əməl etməyəcəyini çox gözəl bilirdik. Biz haqlı çıxdıq. Atəşkəsin qüvvəyə minməsindən bir neçə dəqiqə sonra ermənilər bizim tərəfə atəş açdılar. Amma onların Gəncə şəhərini raket atəşinə tutması erməni həyasızlığının, erməni vandalizminin ən bariz nümunəsi oldu. Ermənilər bütün dünya liderlərinə yalvara-yalvara, bizim qarşımızda diz çökərək imzaladıqları sənədə məhəl qoymadılar. Onu pozdular. Lakin onların unutduğu bir şey var. Arxalarında kim dayanırsa dayansın bizi durdura bilməyəcəklərini anlamadılar. Prezidentimizin də vurğuladığı kimi biz bunun qisasını onlardan alacağıq. Tək bunun deyil, etdikləri bütün cinayətlərin hesabını onlardan tək-tək soracağıq. Azərbaycan həm döyüşdə, həm də diplomatiyada düşməndən üstündür. Bizim dövlətimizə və dövlət başçımıza inamımız tamdır. Xalq dövlətin yanındadır. Bizdə çox güclü xalq-dövlət birliyi mövcuddur. Bu birliyi kimsə poza bilməz. Allahın izniylə qələbə bizimlədir. Qarabağ Azərbaycandır!

İlqar tahir oğlu Əliyev
Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəbin müəllimi

Keçidlər