XXI əsrin 20-ci ilində növbəti erməni vandalizmi
Məlum olduğu kimi Rusiyanın paytaxtı Moskvada, 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zöhrab Mnatsakanyanın iştirakı ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin və həlak olanların cəsədlərinin dəyişdirilməsi üçün 10 saatdan çox davam edən görüşdə Humanitar atəşkəs elan olundu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu razılaşmanın sonuncu şans olduğunu bildirdi. Çünki ermənilərin hansı xislətə malik olduğunu çox yaxşı bilir. Əslində illərdən bəri baş vermiş hadisələr bütün dünya içtimaiyyəti qarşısında ermənilərin kimliyini, xarakterini, insani uyğulardan kənar bir millət olduğunu aşkarlayıb. Ermənilərin terrorçu olmasını sübut etməyə ehtiyac yoxdur. Ona görə ki, ermənilərin Azərbaycan torpaqlarında həyata keçirdikləri insanlığa sığmayan qətlyamlar, işgəncələr, göz önündədir. Humanitar atəşkəsdən sonra, 11 oktyabr 2020-ci il tarixində ermənilər yenə də atəşkəs rejimini pozdu. Ermənistanın silahlı qüvvələri Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket atəşinə tutdu. Nəticədə həlak olanlar, yaralananlar oldu, infrastruktura külli miqdarda ziyan dəydi. Gecə saat 2 radələrində yatmış insanları raket atəşinə tutan bir dövlətə nə ad vermək olar? Bu vandalizm deyilmi?!
Əslində bu razılaşma da Ermənistan dövləti üçün əvvəlki protokollardan biridir. Deməli, ilanın başı əzilməlidir ki, növbəti ziyankarlığını törədə bilməsin. Erməni ordusunun döyüş meydanından kənarda − Gəncədə, Ağdamda, Tərtərdə və digər ərazilərimizdə dinc əhaliyə qarşı mərmilər yağdırması Ermənistanın bir terrorçu dövlət olduğunu bir daha təsdiqlədi.
Bu gün Azərbaycan xalqı Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasətini dəstəkləyir, Prezidentimizə arxalanır, güvənir. Hər kəs bilir ki, qazanılan qələbələr, uğurlar, aparılan müdrik siyasətin nəticəsidir.
İnanıram ki, Prezidentimizin dediyi kimi, üçrəngli möhtəşəm bayrağımız tezliklə işğaldan təmizlənmiş bütün torpaqlarımızda qürurla dalğalanacaq. Öz ata-baba torpaqlarından didərgin düşmüş insanların həsrətinə birdəfəlik son qoyulacaq.
Yaşasın müstəqil Azərbaycan Dövləti və onun xilaskar ordusu!
Eşq olsun xalqla Dövlətin möhtəşəm birliyinə nail olmuş Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə!