Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqı Dağlıq Qarabağa öz sülh həyatını qaytaracaq

14 oktyabr 2020 | 16:00

Müharibə fəlakətdir, dağıntıdır. Sülhsevər dövlətlər müharibəyə yox deyir. Lakin terrorçu dövlətlər bu dövlətlərdən fərqli olaraq müharibəni özləri üçün biznes sayırlar. Azərbaycan da daim sülhün tərəfindədir. Biz nahaq qan tökülməsini, körpələrin,anaların gözü yaşlı olmasını istəmirik. Bizim dövlətdən fərqli olaraq mənfur qonşumuz olan ermənilər əksini edirlər. Azərbaycan torpaqları 12 iyul tarixindən başlayaraq yenidən erməni vandallarının hücumuna məruz qalmışdır. Bu azmış kimi, 27 sentyabr 2020ci ildən yenidən sərhədboyu hücuma keçmişlər. Amma artıq bəsdir, 30 ildir ki, hər bir təzyiq və hücumlara sinə gərdiyimiz. İndi xalq torpağını istəyir. Xalq ölkə Prezidentinin  hücum əmrini gözləyirdi. Nəhayət, o an gəldi, Ali Baş Komandanımız əmr verdi. Xalqımız Prezidentimizin ətrafında sıx birləşərək səfərbər oldu. Artıq “Şanlı ordumuz” çox böyük uğurlara nail oldu. Cəbrayıl və kəndləri, Murovdağ yüksəkliyi, Talış kəndi, Hadrut rayonu düşməndən azad olundu. Lakin erməni vandalları “Humanitar atəşkəs” istədilər. Azərbaycan və Ermənistan XİN-nin Moskva görüşündə buna nail olundu. Ölkə Prezidenti cənab İlham Əliyev “Haber Global” televiziya kanalına verdiyi müsahibəsində humanitar atəşkəs sülh demək deyildir, bu humanitar məqsədli atəşkəsdir demişdir. Moskva şəhərində baş vermiş son danışıqların nəticələri Azərbaycanın xeyrinədir. Danışıqların formatı dəyişməz qalır.

Danışıqların formatını dəyişdirmək arzusunda olan rəsmi Yerevan öz məqsədinə nail ola bilmədi. Moskva müqaviləsi əksinə Azərbaycanın növbəti uğurudur. Azərbaycanın bu müharibədə uğurlarına sevinən və daim onun yanında olan qardaş Türkiyə dövlətinin dəstəyi əvəzsizdir. Pakistan, Əfqanıstan dövlətləri də bizim haqq işimizi dəstəkləyirlər.

Ermənilər Moskva müqaviləsini pozaraq yenidən ərazilərimizi atəşə tutdular. Eyni zamanda Gəncənin mülkü əhalisini atəşə tutaraq dinc əhaliyə qarşı genosid törətdilər. Ermənilər bununla da bir daha terrorçu dövlət olduğunu sübut etdi. Ordumuz isə bütün hücumlara baxmayaraq, torpaqlarımızın azad olunması missiyasını davam etdirərək  Hadrut (Ağoğlan) rayonunu da işğalçılardan azad etdi. İlham Əliyev demişdir: “Yüksəkliklərin alınması Azərbaycana taktiki üstünlüklər verir”.

Qüdrətli Azərbaycan Ordusunun sayəsində ərazilərimiz düşməndən azad olunur. Xalqımız Prezidentimizin ətrafında sıx birləşərək onun bütün əmr və göstərişlərinə əməl etməyə hazır olduqlarını bildirirlər. Prezidentimizin işğal olunmuş ərazilərimizin Azərbaycan Ordusu tərəfindən azad edilməsi xəbərini sevinc hissi ilə əhaliyə çatdırması xalqda çox böyük ruh yüksəkliyi yaradır. Prezidentimizin bir fikrini də qeyd etmək istərdim: “Azərbaycan xalqı Dağlıq Qarabağda öz sülh həyatını qaytaracaq. İşğaldan azad olunan torpaqlarda həyat yenidən bərpa olunacaq”.

Cənab İlham Əliyev “Haber Global” televiziya kanalına verdiyi müsahibəsində demişdir: “Ermənilərin faşist əməllərini dünya görməlidir. Hətta Moskva danışıqlarından sonra davam edən təxribatlar Erməni xislətini dünyaya göstərir.

Tarixi ədalətin, beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda savaş aparan Azərbaycan xalqı mütləq olaraq Qarabağa  uşaqların xoşbəxt və sevincli gülüş səsini qaytaracaqdır.”

Qarabağ Azərbaycandır!

 

 Nəzakət Sədirova
238 nömrəli tam orta məktəbin müəllimi
Keçidlər