Şriftin ölçüsü :

Saytın rəngi :

Biz öz torpaqlarımızı özümüz azad edirik və edəcəyik!

14 oktyabr 2020 | 16:00

Erməni işğalçılarının məkrli və vandalizm siyasəti son günlər bir daha dünya ictimaiyyətinə aşkar oldu. Bunu hər kəs 10 oktyabr 2020-ci ildə Moskva danışıqlarının kobud şəkildə pozulmasında gördü. Bütün dünya xalqları erməni vəhşilərinin belə siyasətinə nifrət etməlidir, çünki humanitar atəşkəs ölmüş insanların cəsədlərinin daşınması üçün idi. Erməni yaramazları hətta öz xalqına  qarşı belə humanistlikdən uzaqdır.

Azərbaycan dövləti və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Kommandan  cənab İlham Əliyev həmişə öz humanist siyasəti ilə regionda tanınan dövlət başçısıdır. Ermənilərin siyasi rəhbərləri isə həmişə işğalçı, ədalətsiz, gözü özgə torpaqlarında olan terrorçudurlar. Bunu XX əsrdə baş vermiş Mart və Xocalı soyqırımları sübut edir. Çox təəssüf ki, dünya dövlətlərinin  bəziləri erməni terrorunu və erməni xislətini hələ də görmək istəmir. Cənab Prezident “Haber Global” televiziyasında çıxışında açıq aşkar və dürüst məlumat verərək söyləmişdir ki, “Ermənilərin faşist əməlini dünya görməlidir. Ermənistan dövləti faşist dövlətdir, terror dövlətidir”.

Bələ çətin məqamda Türkiyə Respublikası həmişə Azərbaycanın yanında oldu, “Qardaş Türkiyənin rolu əvəzolunmazdır”, - İlham Əliyev çıxışında belə demişdir. Biz də bir xalq olaraq, bir millət olaraq haqq işimizi müdafiə etdiyinə görə Türkiyə Respublikasına və türk xalqına öz minnətdarlığımızı bildiririk. Təbii ki, biz öz torpaqlarımızı özümüz azad edirik və edəcəyik. Buna görə də Ordumuzun hər bir  zabitinin və əsgərinin qarşısında baş əyirik.

Ordumuz işğal olunmuş ərazilərimizi və strateji yüksəklikləri azad etməklə xalqımıza qələbə sevinci yaşadır. Biz bir xalq olaraq, həm ölkə daxilində, həm də xaricdə ermənilərə qarşı mübarizə aparırıq. Bu informasiya müharibəsində biz qalib gəlirik, çünki biz haqq-ədalət uğrunda mübarizə aparırıq.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev həmişə öz çıxışlarında qeyd etmişdir: “Ermənistan bütün cəbhə boyu məğlubiyyətə uğrayır. Biz  öz torpaqlarımızı azad edirik, tarixi  ədaləti bərpa edirik”

Erməni işğalçıları isə Azərbaycanın mülki əhalisinə qarşı silah işlədir, raket zərbələri  endirir. Bunun bariz nümunəsi Ermənistan tərəfindən 11 oktyabr 2020-ci ildə Gəncə şəhərinə atılan raket zərbəsidir. Biz bunu qətiyyətlə pisləyir və dünya dövlətlərindən terrorçu ermənilərə qarşı mübarizə aparmağa çağırırıq. Ermənistanın işğalçı və terrorçu siyasətini dəstəkləyən bütün ölkələrə deyirik ki, kor gözlərini açıb işğalçı ilə işğala məruz qalan dövlətə ədalətli qiymət verməyi bacarsınlar.

Ümid edirik ki, xalqımızın birliyi, Prezidentimizin dəyanəti nəticəsində torpaqlarımız azad ediləcək və həmin torpaqlarda üçrəngli bayrağımız dalğalanacaqdır.

Çingizxan Hüseynov 
238 nömrəli tam orta məktəbin müəllimi
Keçidlər